Abbas Atilayın fotoları bu dəfə Salyanın İkinci Varlı kəndindən, dadlı Dərbəndi üzümünün hansı çətinliklərlə süfrələrimizə gəlməsindən danışır. Bu fotosessiya həm də diyarlarda sadə kəndlinin üzləşdiyi bəzi problemləri sizə göstərir.
Əli qabar, cibi boş üzümçülər.
![Salyanın İkinci Varlı kəndinin əsas geçim qaynağı rayonun bir çox kəndində olduğu kimi üzümlə bağlıdır.](https://d1sszhy9iwab4n.cloudfront.net/22d8ae4e-3bee-435f-89b6-1523e94d981c_w1024_q10_s.jpg)
1
Salyanın İkinci Varlı kəndinin əsas geçim qaynağı rayonun bir çox kəndində olduğu kimi üzümlə bağlıdır.
![Süfrələrimizə "Salyan üzümü" adı ilə gələn iri giləli Dərbəndi üzüm növünün becərilməsi demək olar ki, bu kənd sakinlərinin ata-babadan qalma məşğuliyyətidir.](https://d1sszhy9iwab4n.cloudfront.net/3f9c260f-e6c0-422a-ba54-6316bfae9987_w1024_q10_s.jpg)
2
Süfrələrimizə "Salyan üzümü" adı ilə gələn iri giləli Dərbəndi üzüm növünün becərilməsi demək olar ki, bu kənd sakinlərinin ata-babadan qalma məşğuliyyətidir.
![Ona görə bu kənddə elə bir ailə tapmaq olmaz ki, həyətində sotlarla əraziyə üzüm tingi yayılmasın.](https://d1sszhy9iwab4n.cloudfront.net/0307a074-48a8-46b1-b8e1-15a342c7499f_w1024_q10_s.jpg)
3
Ona görə bu kənddə elə bir ailə tapmaq olmaz ki, həyətində sotlarla əraziyə üzüm tingi yayılmasın.
![Pirverdi əminin ailəsi bu kənddə üzümçülüklə məşğul olan ailələrdən sadəcə biridir.](https://d1sszhy9iwab4n.cloudfront.net/e49be7eb-acd1-46d9-a52a-6addac9b9620_w1024_q10_s.jpg)
4
Pirverdi əminin ailəsi bu kənddə üzümçülüklə məşğul olan ailələrdən sadəcə biridir.