Krımın Rusiya tərəfindən anneksiyası başa çatmaq üzrədir. Martın 16-da separatçıların referendumu, sonra Rusiya Federasiyasının tərkibinə daxil olmaq haqda müraciət və nəhayət Rusiya parlamentinin Krımı federasiyaya qəbul etmək haqda qərarı gözlənilir. Bu günlər Krımın əsas atributu seçki qutuları deyil, bolşeviklərin əsas rəmzi olan "sılahlı adam"dır
Silahlı Krım
![Rusiyanın hərbi gəmilərinin raketləri dənizə deyil, Kırma, Ukrayna hərbi hissələrinin yerləşdiryi limanlara yönəlib](https://d1sszhy9iwab4n.cloudfront.net/b6e00018-bf8c-4815-b732-d1759b559d03_w1024_q10_s.jpg)
1
Rusiyanın hərbi gəmilərinin raketləri dənizə deyil, Kırma, Ukrayna hərbi hissələrinin yerləşdiryi limanlara yönəlib
![Simferopol yaxınlığındakı Perevalnoe hərbi hissəsində Rusiya hərbçilərinin (ön planda) mühasirəsində qalan Ukrayna əsgərləri (arxa planda)](https://d1sszhy9iwab4n.cloudfront.net/a3daeaa7-feec-461e-a5ab-6b5b195a9940_w1024_q10_s.jpg)
2
Simferopol yaxınlığındakı Perevalnoe hərbi hissəsində Rusiya hərbçilərinin (ön planda) mühasirəsində qalan Ukrayna əsgərləri (arxa planda)
![Krım öz ordusunu yaradır. Separatçı Krım hökumətinin başçısı Sergei Aksyonov könüllülərdən Krım hökumətinə sədaqət andını qəbul edir. Könüllülər nədənsə sifətlərini göztərmək istmirlər](https://d1sszhy9iwab4n.cloudfront.net/476266cc-738b-412a-88e9-32b9dc7b7f84_w1024_q10_s.jpg)
4
Krım öz ordusunu yaradır. Separatçı Krım hökumətinin başçısı Sergei Aksyonov könüllülərdən Krım hökumətinə sədaqət andını qəbul edir. Könüllülər nədənsə sifətlərini göztərmək istmirlər
![Sevastopol limanında "həbs olunan" Ukrayna donanmasının Slavutich gəmisinin gövdəsində növbə çəkən matros Sevastopol körfəzində patrul xidməti çəkən Rusiya Qara dəniz donanmasının Turbinist minalama gəmisinə baxır](https://d1sszhy9iwab4n.cloudfront.net/313a86ee-8325-4881-829b-d78c45f08f3a_w1024_q10_s.jpg)
5
Sevastopol limanında "həbs olunan" Ukrayna donanmasının Slavutich gəmisinin gövdəsində növbə çəkən matros Sevastopol körfəzində patrul xidməti çəkən Rusiya Qara dəniz donanmasının Turbinist minalama gəmisinə baxır