Şamaxının qədim Dəmirçi kəndi iki çay arasında yerləşir. Gözəl coğrafi qruluşu ilə yanaşı, maraqlı tarixi və ürəkağrıdan problemləri də var. Abbas Atilay orda olarkən Dəmirçi toyunda da iştirak edib. Fotolarda izləyin.
Şamaxının dəmirçisiz Dəmirçi kəndi.
![Dəmirçi Şamaxının bir dağ kəndidir. Təqribən 350-400 il əvvəl yerləşdiyi dağın o biri ətəklərindən, Lahıc tərəflərdən dəmirçi ailələr bura gəlmiş, sexlər açıb dəmirçiliklə məşğul olmuşlar. Bu kəndlə Lahıc arasındakı məsafə dağ yolları ilə 20 km.-dir. Adətləri, dilləri (tat), evləri, küçələri eynən Lahıc kimidir.](https://d1sszhy9iwab4n.cloudfront.net/4287ecc7-e8c1-409f-bd4c-ca49de116b5b_w1024_q10_s.jpg)
1
Dəmirçi Şamaxının bir dağ kəndidir. Təqribən 350-400 il əvvəl yerləşdiyi dağın o biri ətəklərindən, Lahıc tərəflərdən dəmirçi ailələr bura gəlmiş, sexlər açıb dəmirçiliklə məşğul olmuşlar. Bu kəndlə Lahıc arasındakı məsafə dağ yolları ilə 20 km.-dir. Adətləri, dilləri (tat), evləri, küçələri eynən Lahıc kimidir.
![Dəmirçi Şamaxının bir dağ kəndidir. Təqribən 350-400 il əvvəl yerləşdiyi dağın o biri ətəklərindən, Lahıc tərəflərdən dəmirçi ailələr bura gəlmiş, sexlər açıb dəmirçiliklə məşğul olmuşlar. Bu kəndlə Lahıc arasındakı məsafə dağ yolları ilə 20 km.-dir. Adətləri, dilləri (tat), evləri, küçələri eynən Lahıc kimidir.](https://d1sszhy9iwab4n.cloudfront.net/7741eea3-9979-4f91-8de5-c60988c8c3c2_w1024_q10_s.jpg)
2
Dəmirçi Şamaxının bir dağ kəndidir. Təqribən 350-400 il əvvəl yerləşdiyi dağın o biri ətəklərindən, Lahıc tərəflərdən dəmirçi ailələr bura gəlmiş, sexlər açıb dəmirçiliklə məşğul olmuşlar. Bu kəndlə Lahıc arasındakı məsafə dağ yolları ilə 20 km.-dir. Adətləri, dilləri (tat), evləri, küçələri eynən Lahıc kimidir.
![Dəmirçi kəndi Dəmirçi və Pirsaat çaylarının arasında yerləşir. Kəndə giriş Dəmirçi çayının içindən keçir. Çay üzərində körpü olmadığından kəndə giriş-çıxış olduqca müşkül məsələdir. Elə ki, bir az yağış yağdı, o zaman çayın suyu çoxalır və gediş gəliş tamamilə kəsilir.](https://d1sszhy9iwab4n.cloudfront.net/259b7369-41f1-40d2-aafc-274d8c4e2fa4_w1024_q10_s.jpg)
3
Dəmirçi kəndi Dəmirçi və Pirsaat çaylarının arasında yerləşir. Kəndə giriş Dəmirçi çayının içindən keçir. Çay üzərində körpü olmadığından kəndə giriş-çıxış olduqca müşkül məsələdir. Elə ki, bir az yağış yağdı, o zaman çayın suyu çoxalır və gediş gəliş tamamilə kəsilir.
![Qonşuluqdakı Zarat kəndində məktəb direktoru işləyən Makayıl müəllim kəndin başqa ciddi problemi - mavi yanacaqdan danışır: Dəmirçi dağ kəndi olduğundan burda havalar şaxtalı keçir. İlin 6-7 ayı soba qalanmalı olur. Qaz yoxdur, yaxınlıqdakı meşələrdən isə odun gətirməyə icazə verilmir. Məcbur oluruq odunu alaq. Ural maşınlarında və ya traktor “lapet”lərində odun gətirirlər. Bir ural dolusu oduna 600 manata qədər pul veririk. Sonra onu da mal-qara kərməsi ilə birgə yandırırıq ki, qışı ötüşdürək.](https://d1sszhy9iwab4n.cloudfront.net/7765606e-683d-4144-afec-b3608bd074ae_w1024_q10_s.jpg)
4
Qonşuluqdakı Zarat kəndində məktəb direktoru işləyən Makayıl müəllim kəndin başqa ciddi problemi - mavi yanacaqdan danışır: Dəmirçi dağ kəndi olduğundan burda havalar şaxtalı keçir. İlin 6-7 ayı soba qalanmalı olur. Qaz yoxdur, yaxınlıqdakı meşələrdən isə odun gətirməyə icazə verilmir. Məcbur oluruq odunu alaq. Ural maşınlarında və ya traktor “lapet”lərində odun gətirirlər. Bir ural dolusu oduna 600 manata qədər pul veririk. Sonra onu da mal-qara kərməsi ilə birgə yandırırıq ki, qışı ötüşdürək.