-
İyunun 30-da Cəlilabad rayonunun Üçtəpə kəndində 5 hektar biçilmiş taxıl sahəsi yanıb.
Qəbələ rayonunun Quşlar kəndində isə 5 hektar biçilmış və 300 kv.m biçilməmiş taxıl sahələri yanıb.
Biləsuvar rayonunda da 25 hektar biçilmiş taxıl sahəsi yanıb.
Siyəzən rayonu, Yenikənd kəndində həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1.3 tonu yanıb.
Bakının Səbail rayonunda gücü 6 kVt olan transformatorun yağı, sarğıları və ətrafında 80 kv.m sahədə quru ot yanıb.
Bütün yanğınlar söndürülüb.
Xəbərləri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.
Taxıl sahələri yanıb
![Foto illüstrasiya](https://d1sszhy9iwab4n.cloudfront.net/4f7e48fe-2036-4d90-8d3f-7a2498e8704c_cx0_cy12_cw0_w250_r1_s.jpg)